GAVRISH

“Gavrish” şirkəti 1993-cü ildə yaradılıb. Kiçik bir şirkət Moskva və Tula bölgəsində, Krasnodar ərazisində və İordaniya Krallığında beş ədəd yetişdirmə mərkəzini əhatə edən etibarlı maddi-texniki və təcrübi bazaya malik olan çoxsaylı, intizamlı bir şirkət halına gəldi. “Gavrish” şirkətinin fəaliyyət sferası: Fermer təsərrüfatları, tərəvəz yetişdiriciləri, sənaye istehsalçıları üçün tərəvəz bitkilərinin sort və hibridlərinin seleksiyası. Rusiyada, MDB və digər ölkələrdə tərəvəz toxumları istehsalı; Rusiya və digər ölkələrin tərəvəz istehsalçılarının yüksək keyfiyyətli toxumlarla təmin edilməsi; “Gavrish” şirkətinin seçilmiş sort və hibridlərinin yetişdirilməsində inkişaf etmiş texnologiya və hər tərəfli aqronom dəstəyi; Şitilxanalar: Tula vilayətində və Krasnodar ərazisində (Krımsk şəhəri) dekorativ bitki və meyvə şitilləri yetişdirilir.Nəşriyyat fəaliyyəti: 3 professional jurnalı dərc olunur: 1) “Gavrish”– istixana təsərrüfatında mütəxəssislər üçün jurnal, Rusiya Federasiyasının YÜKSƏK SERTİFİKASİYA KOMİSSİYASI siyahısına daxil edilmişdir. 2) “Tərəvəz yetişdiricisinin xəbərçisi” ( Вестник овощевода) – geniş profilli tərəvəz yetişdiriciləri üçün jurnal; 3) “Şitilxana və şəxsi bağ” (Питомник и частный сад) – bağbanlar və şitilxanalar üçün jurnal, tərəvəz bitkilərinin seleksiyası və toxum istehsalı ilə əlaqədar xüsusi ədəbiyyat; Təlim proqramları, seminarlar, məsləhətlər, ixtisas artırma kursları;Həvəskar tərəvəz yetişdiriciləri üçün “Senor-Pomidor“ klubunun təşkili. Tədqiqat işləri: Şirkətin elmi işi NP-də ”Elmi-Tədqiqat İnstitutunda istixanada tərəvəz yetişdirilməsi“-nə əsaslanaraq, işçilər açıq sahə və istixanalarda tərəvəz toxumlarının yetişdirilməsi ilə məşğul olur, tərəvəz bitkilərinin biologiya sahəsində tədqiqatları, mineral qidalanma, bitkilərin biotik və abiotik amillərə qarşı müqaviməti, bitki formalaşmasının effektiv metodlarının inkişafına və becərmə vaxtının optimallaşdırılmasına böyük diqqət yetirilir. Kollektivlərində 30-dan çox tədqiqatçı çalışır ki, onların arasında yüksək təcrübəyə malik seleksiyaçılar və gənc mütəxəssislər var. Uzun illər “Gavrish” şirkətinin vizit kartı pomidor hibridləri idi. Son 15 il ərzində Blagovest F1, Verlioka F1, Evpator F1 hibridləri satışda liderlər arasındadır. Son on il ərzində, onların arasına Murashka F1, Piknik F1, Kuraj F1, Pıjik F1 kimi xiyar hibridləri də daxil olub. 2003-cü ildən Kuraj F1 öz liderliyini qoruyub saxlayır. Bundan əlavə, seleksiyaçılar haqqlı olaraq bibər hibridləri – Parij F1, badımcan - Bagira F1, yemiş –Zlato Skifov, turp sortu-Korsar, xiyar-Zabava, şüyüd-Alligator, reyhan-Vasilisk və s. ilə qürür duyurlar.Məhsuldarlıq, mükəmməl dad, xəstəliklərə dayanıqlılıq - bunlar Gavrish istehsalçılarının iqtisadi əhəmiyyətli əlamətləri olub, Rusiya, Misir, İordaniya, İran,Türkiyə və digər ölkələrin, eləcə də MDB ölkələrinin tərəvəz yetişdiricilərinə təklif olunan yeni sort və hibridlərə tətbiq olunmağa çalışılır. Son illərdə fermer təsərrüfatları və kiçik sahibkarlar üçün pomidor və xiyar seleksiyaları fəal olaraq həyata keçirilir. Yaxşı prespektivi olan xiyar hibridləri — Barselona F1, Bobrik F1, Matrica F1, Şarj F1. “Gavrish“ şirkətinin assortimenti özündə açıq sahə üçün nəzərdə tutulmuş tərəvəz toxumlarını, ədviyyatlı dad və dərman bitkilərini birləşdirir.Toxum istehsalı: “Gavrish” firmasının toxumları ixtisaslaşmış təsərrüfatlarda yetişdiricilərin nəzarəti altında təcrübəli agronomistlər - toxum yetişdiriciləri tərəfindən istehsal olunur. Əkin texnologiyasını müşahidə etməklə optimal baxımdan məhsulların çeşidlənməsi və sınaqdan keçirilməsi vaxtında həyata keçirilir. Toxumların keyfiyyətini tənzimləmək üçün onlar bütün mərhələlərdə-təmizlənmədə,qurudulmada,çeşidlənmə,qablaşmada və s.da yoxlanılır.

Məhsullar