RED MARIO F1

Toxum təsnifatı: Çuğundur

Yetişmə müddəti: 50-55 gün

Rəngi: Tünd-qırmızı

Dayanıqlılıq: Cb, Pfb, Rs,

İstehsalçı şirkət:

- Erkən məhsul və saxlanma üçün nəzərdə tutulmuş çuğundur hibrididir

- Vegetasiya müddəti yay əkini zamanı 50-55 gün, yaz əkini zamanı 100-110 gündür

- Çuğundur halqasız tünd-qırmızı rəngə malikdir

- Şəkər miqdarı 10-12% olduqda saxlanma üçün yığmaq olar. Tam yetişmə zamanı şəkər miqdarı 12-15% olur

- İstifadə istiqaməti süfrəlik, emal və saxlama üçündür

- Bitki “tacı” çox balaca, hündürlüyü 30-35 sm, rəngi parlaq yaşıldır

- 1 ha düşən bitki sayı 450-550 min standart ölçülü kökmeyvə almaq üçün, 600-800 min daha erkən kökmeyvə(daha kiçik ölçülü) almaq üçün

- Tərkibində yüksək şəkər miqdarı toplayır, buna görə də uzun müddət saxlamaq mümkündür

- Yüksək məhsuldarlığı və standartlığı Red Mario çuğundurunun əkinini daha sərfəli edir