Toxum təsnifatı: Yonca
Dayanıqlılıq: ,
- Şaxtaya və quraqlığa davamlı unikal yonca!
- İstehsalçı: Continental Semences (İtaliya)
- Bitki boyu 85-95 sm-dir. Salxım şəklində olan çiçəyin uzunluğu 5 sm, bir dəstədə 8-12 tumurcuq var və onlardan 6-10-u toxum bağlayır.
- Toxumların forması böyrək, yumurta, ürək və yarım ürək şəklində dəyişir, rəngi sarıdır. 1000 toxumun çəkisi 4 qramdır.
- Demək olar ki, istənilən şəraitdə yetişdirmək üçün universal seçim olan Gea mikrobioloji toxum emalı ilə əldə olunub və yatmağa davamlı, innovativ çeşiddir.
- Bir mövsümdə 6-7 biçim qabiliyyəti ilə yaxın rəqiblərindən ən azı 1,5 dəfə məhsuldardır. Hər biçimdə 2-2.5 ton aralığında quru ot, hektara 500 bağlama(pres) verir.
- Əkin norması 1 hektara 25 kq-dır.
- 8-10% çiçəklənmə dövründə biçindən sonra quru otda 20-25% xam zülal, 2-3% xam yağ, 9-11 faiz kül, 30-40% xam lif, protein miqdarı 25-30%, 34-36% azotsuz essensiya və 5-6% su var. Reproduksiya Elitdir.
- Tərkibində yüksək miqdarda zülal var, onlar da asanlıqla və tez sorulur. Xüsusilə bu, onun geniş coğrafi diapazonda əkin sahələrində istifadə edilməsinin əsas səbəblərindən biridir.
- Gea - yüksək məhsuldarlıq, uzunömürlülük, müxtəlif təbii şəraitə müstəsna uyğunlaşma qabiliyyəti, ən isti və ən soyuq regionlarda eyni performansı göstərməsi sayəsində əvəzolunmaz sayılır.