SWEET NUGGET F1

Toxum təsnifatı: Qarğıdalı

Yetişmə müddəti: 69-72 gün

Uzunluq: 22

Dayanıqlılıq: SMV, Pst, Um,

İstehsalçı şirkət:

- Alman toxum istehsalçısı olan Agri Saaten xüsusi qarğıdalı seleksiyasını təqdim edir

- SH2 kateqoriyasında ultra-erkənci hibrid Sweet Nugget!

- Əkindən 69-72 gün sonra istehlaka hazır meyvələr yetişir

- Hər gövdədə 2 - 3 eyni ölçülü qıça əmələ gəlir

- Dəndə şəkərin miqdarı 20%-dir

 

Sweet Nugget F1-in digər  hibridlərdən üstünlüyü təkcə erkənci olması deyil. Bu hibridin fermerlər arasında populyar olmasının başqa səbəbləri də var:

1. İlk qıçaların 65-75 sm hündürlükdə yerləşməsi külək zamanı tökülmə ehtimalını azaldır.

2. Satış üçün gözəl görünüşlü və dadlı qarğıdalıdır, uzunluğu 21-23 sm, meyvənin diametri 4,8 ilə 5,0 sm arasında dəyişir. Dən sıralarının orta sayı 16, onların eyni ölçülü olması və standart sıralanması müşahidə edilir.

3. Toz sürməsi, pas və fuzarioz kimi ümumi xəstəliklərə qarşı yüksək müqavimətə malikdir.

 

Əlavə informasiya

Sweet Nugget şirin qarğıdalı yetişdirilmə texnologiyası standartdır və 5,6-7,5 pH turşuluğu olan torpaq tələb edir. Bitki yaz və yay əkini üçün uyğundur, lakin suvarma keyfiyyətinə həssas olduğunu qeyd etmək lazımdır. Ən yaxşı nəticə üçün damlama üsulundan istifadə etmək tövsiyə olunur.