HM CLAUSE

Şirkətin tarixi: HM CLAUSE-un toxum sənayesində güc və müvəffəqiyyəti 200 illik tarixə söykənir. Bu iki əsrlik tarix, şirkətin bu günə  qədər böyüyüb  formalaşmağını, zəngin və unikal təcrübə qazanmağını təmin etmişdir. Avropada: 1785-ci ildə TÉZIER toxum şirkəti Fransanın Valensiya şəhərində yaradılıb. Bu region toxum istehsalı ilə sinonim olaraq , HM CLAUSE-un Avropa qərargahına çevrilir. Təxminən 100 il sonra Parisdə CLAUSE şirkəti yaradılır. Təsisçi Lucien Clause kiçik yaşlarından bitkilərə maraq göstərib. 1924-cü ildə onun cəsarət və liderlik bacarığı sayəsində müxtəlif növlər yetişdirilən yeni innovativ laboratoriyası fəaliyyətə başladı.İtaliyada (1949) və İspaniyada (1965) törəmə müəssisələrin yaradılması sayəsində həm TÉZIER , həm də CLAUSE toxum şirkətləri Fransada olduğu kimi Avropada da inkişaf etmişlər.1979-cu ildə TÉZIER, 1996-cı ildə isə CLAUSE LIMAGRAIN qrupu tərəfindən alınır. 2002-ci ildə bu iki şirkət birləşərək CLAUSE TÉZIER yaradılır. 2008-ci ildə CLAUSE TÉZIER adı CLAUSE adı ilə əvəz olunur. Bu onların Avropada ticarət markasıdır.Şimali Amerikada: Şirkətin ABŞ-dakı tarixi 19-cu əsrdə HARRIS SEEDS və MORAN SEEDS şirkətlərinin yaranmasına bağlıdır.1859-cu ildə Joseph Harris toxum şirkətini Rochesterda, Nyu-York yaxınlığında,  Moreton fermasında qurdu.  HARRİS şirkətin satışına qədər bu ailənin iki nəsli tərəfindən idarə olunub. Daha sonra, qərb sahillərində, John Moran adlı bir istehsalçı 1963-cü ildə MORAN SEEDS-in qurucularından biri oldu. 1998-ci ildə HARRIS MORAN və FERRY MORSE SEED şirkətləri birləşir.1996-cı ildə LIMAGRAIN qrupu HARRIS MORAN şirkətini alır və Amerikanın Sakit Okeanı regionunda əhalinin təlabatını ödəməyə nail olur. HARRİS MORAN MEKSİKA, ÇİLİ və ARGENTİNADA törəmə şirkətlər açmaqla öz fəaliyyət sferasını genişləndirdi.LimagrainHM.CLAUSE – Limagrain’den, 1942-ci ildə, Auvergne, Fransa fermerləri tərəfindən təsis edilən  kənd təsərrüfatı kooperativ biznes vahididir. 1996-cı ildə LİMAGRAİN HARRİS MORAN şirkəti kimi  CLAUSE-u da alır və beləliklə, dünya miqyasında keyfiyyətli tərəvəz toxumları istehsal edən HM CLAUSE şirkətini yaradır.

Məhsullar