R.H. James Seed şirkəti 1900-cü ildə təsis edilib. O, yemiş toxumlarının istehsalı və satışında ixtisaslaşmışdır. Yemiş toxumunun keyfiyyətinə görə məşhur olan Rocky Ford, Kolorado yaxınlığında məhsullarını yetişdirirdi. 1947-ci ildə Victor E. Hollar W. Atlee Burpee Co.-nu tərk edir və o heç bir sənədləşmə olmadan yalnız “qeyri-rəsmi alım haqqında “ müqaviləsi ilə R.H.James şirkətinə işə girir. O kənd təsərrüfatı maşınları, yemiş toxumları və yonca toxumu satışı ilə ixtisaslaşaraq tez bir zamanda şirkət yaradır.1950-ci illərdə Vic Hollar qiymət siyahısına qarpız, xiyar, pomidor, kabaçok və balqabaq toxumlarını da əlavə etdi. Bir neçə il ərzində artıq şirkət Peto-Hollar Seed Co. Vic adı altında tanınmağa başladı və Dr. Howard Peto 1958-ci ildə şirkəti iki yerə böldü – Petoseed və Hollar Seeds. Meksika və Kanada onun ilk ixrac bazarları olub. 1960-cı illərdə isə o artıq Avropaya, Cənubi Afrikaya və Yaxın Şərqə mal ixrac etməyə başladı. Vic bir neçə hibrid-tərəvəz toxumları təqdim edərək AAS mükafatını alır. Onun hər üç oğlu da bu biznesə daxil olur və 1978-ci ildə oğlu Larry şirkətin prezidenti olur. Larryinin liderliyi altında HOLLAR SEEDS artıq ixracatçı ölkələrin sayını 65-dən çoxa qaldırır. Jim Hollar ən çox satılan tərəvəz toxumlarını təqdim edir. Andy Hollar, şirkət üçün ilk veb sayt hazırlayır. HOLLAR SEEDS-i komputerləşdirərək, həmçinin ilk inventar verilənlər bazasının kodunu yaradır. Qardaşlar birlikdə miniatür balqabaq, ağ qabıqlı balqabaq yaradaraq , iki Kolorodo qubernatoru ixrac mükafatı qazanırlar. Onlar üç bitki yetişdiricisi professoru işə qəbul edərək araşdırma mərkəzlərini daha da profesionallaşdırırlar.2004-cü ilin Avqustunda Andy Medina Archer Daniels Midland tərəfindən işdən çıxarılır və HOLLAR SEEDS də işə başlayır. O, hamını müştərilər, komanda və təchizatçılarla işləmə qabiliyyətinə görə heyran etmişdi. O, 2008-ci il 1 yanvar tarixindən HOLLAR SEEDS-in prezidenti təyin edilir. Andy’məqsədi HOLLAR SEEDS`i modernləşdirmək və 1950-ci illərdən bəri qürur duyduqları keyfiyyət və müştəri xidməti səviyyəsini qoruyaraq inkişaf etməyə davam etməkdir.