BADIMCAN

Badımcan qidalılıq xüsusiyyətinə, yüksək dadına və kaloriliyinə görə qiymətli tərəvəz bitkisi sayılır. Onun vətəni Hindistandır. XVII-XVIII əsrlərə qədər dekorativ bitki kimi tanınmış, XVIII əsrdən artıq Qafqazda becərilmişdir.Badımcanın tərkibində orta hesabla 8,0-8,7% quru maddə, ümumi şəkər 2,4-2,7%, zülal 1,3-1,4%, vitamin C 1,7-3,9 mq%, mineral duzlar, üzvi turşular, A, B2, PP vitaminləri vardır.Müəyyən edilmişdir ki, badımcanı təzə halda yedikdə, qanda xolestrinin miqdarı 1,5-2 dəfə azalır. Yemək üçün hazırlanan badımcanın müalicəvi əhəmiyyəti olmaqla, o, ateroskleroz, sarılıq və podaqra xəstəliklərinin qarşısını alır.

Badımcan bitkisinin sortları: Respublikamızda badımcan bitkisinin tezyetişən-Gəncə, Yaxşıllaşdırılmış Billur, Məhərrəm, ortayetışən-Zəhra, Fədai, gecyetişən-Türkan sortları rayonlaşdırılmışdır. Bunların hamısı yerlı sortlar olub, tezyetişənlərin suvarılan-ovalıq, ortayetışənlərin respublikada və suvarılan-ovalıq zonada, gecyetişənin isə yenə də respublikada əkilməsi məqsədəuyğundur.Badımcan əkini və əkinlərə qulluq. Badımcan bitkisinin sələfləri çoxillik otlar, taxıl, paxlalı bitkilər, tərəvəz bitkilərindən xiyar və kələmdir. Növbəli əkində badımcanı pomidor, bibər və kartofdan sonra əkmək olmaz.Şitil yetişdirərkən toxum səpilməsindən cücərtilərin alınmasına qədər istıxanalarda istilik 130-dən aşağı olmamalıdır. 13-150-də 12-20 gündən, 250-də isə 7-9 gündən sonra cücərti almaq olur.Bölgələr üzrə şitil üsulu ilə becərmənin səpin və əkin müddətləri aşağıdakı kimi məsləhət görülür:

                                      Səpin                              Əkin

Lənkəran-Astara            1-10.II                            1-10.IV

Quba-Xaçmaz                20.III-1.IV                      1-10.V

Abşeron                         1-10.III                           20.IV-5.V

Gəncə-Qazax                  20.II-1.III                       10-25.IV

Badımcan şitili güney sahələrdə 70x30sm sxemlə əkilməlidir.

Badımcan bitkisi üçün hektara 20 ton peyin verilməsi şərtilə mineral gübrələrin norması N150-200, P200-220, K180-200 kq-dır. Peyinin 50%-i fosforun 60%-i ilə birlikdə əsas şum altına verilir. Peyinin qalan 50%-i əkin zamanı cərgələrə və yuvalara verilib torpağa qarışdırılır. Qalan 40% fosfor, azot və kaliumun hamısı 2 bərabər hissəyə bölünərək, birinci hissəsi meyvə əmələgəlməyə başlayan zaman, ikinci hissəsi isə ikinci yığımdan sonra torpağa verilir və qarışdırılır.

Bitkilərə əsas qulluq işləri torpağın yumşaldılmasından suvarılmanın və yemləmə gübrəsinin vaxtında verilməsindən  ibarətdir.

Toxumluq badımcan bitkisinin sortlarından və becərildiyi torpaq və iqlim şəraitindən asılı olaraq hər hektara şitil üsulunda 400-500q, şitilsiz üsulda isə 3-4kq toxum sərf olunur.

1 hektar badımcanın toxumluq sahəsindən 150-200kq toxum almaq olar. 1 hektar əkin sahəsinə 52-60 min badımcan şitili sərf olunur. 1 meyvədən toxum çıxımı 75-80% olur.

Badımcanın geniş yayılmış xəstəlikləri atternazioz, antraknoz, trixomikoz, boz çürümə hesab edilir.Xəstəliklərə qarşı mübarizədə müxtəlif funqisidlərdən istifadə olunur.

Bir hektar sahədə badımcan yetışdirilməsinə 7233,6 manat xərc çəkilmiş, 1kq toxumun maya dəyəri 120,56 manat təşkil edir.    

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı təsərrüfat ilində Azərbaycanda 5373 hektar sahədə badımcan bitkisi əkilmiş, cəmi 87981,0 ton məhsul istehsal edilmiş, hektardan məhsuldarlıq 162,6 sentner olmuşdur.