AZSEEDS şirkəti 2016-cı il 31 avqust tarixində yaranmışdır. Şirkətimiz tərəvəz toxumlarının idxalı, istehsalı və satışı ilə məşğuldur. 2016-cı il oktyabr ayından Cənubi Koreyanın ən böyük toxum istehsalı şirkəti olan “Nongwoo Bio” şirkətinin, 2018-ci il yanvar ayından isə Rusiyanın ən böyük toxum istehsalçısı olan “Gavrish” şirkətinin Azərbaycanda rəsmi eksklüziv distribüteridir.

Sonrakı illərdə digər dünya brendləri ilə əməkdaşlığımız genişlənmişdir. AZSEEDS şirkəti hal-hazırda ABŞ-ın “Hollar Seeds” şirkətinin, Almaniyanın “Agri Saaten” və “agro-TIP” şirkətinin Azərbaycanda eksklüziv distribüteridir. Şirkətimiz həm də “Crookham”, “Joeun”, “GSN“,      Pop Vriend Seeds” və “Known-You Seed” şirkətləri ilə əməkdaşlıq edir.

Hazırda şirkətimiz fermerlərə 80 adda toxum təqdim edir.

Fəaliyyət göstərdiyi illər ərzində hər zaman sahibkar və fermerlərimizi aqrar sahədə yeni metodlarla tanış etmiş, onları lazım olan aqrotexniki xidmətlə təchiz etmişik. AZSEEDS toxumların sınaq və qeydiyyatına çox ciddi yanaşırıq, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutu və AMEA Dendrariy ilə müqavilə əsasında hər il 400-ə yaxın hibridi sınaqdan keçiririk. Aqrar Xidmətlər Agentliyində indiyə qədər 136 hibrid və sort qeydiyyatdan keçirilmişdir, 200-dən çox hibrid və sort da sınaq mərhələsindədir.