BİBƏR

Bibər – Badımcançiçəklilər fəsiləsinin birillik bitkisidir.  Əsasən Aralıq dənizi sahilində yayılmış, yay əkini üçün nəzərdə tutulmuşdur.  Meyvə  yetişmə mərhələsində bir sıra forma (konusvari, kvadrat, ürək formalı, dəyirmi və s.) və rənglər (yaşıl, qırmızı, sarı, ağ, bənövşəyi və s.) üzrə formalaşır.

Bibər yetişdirilməsi üçün aşağıdakı ümumi məsləhətlər verilə bilər.

• Bitkinin boynu və kökünün sağlamlığının qorunması üçün münbitliyi yüksək, sağlam, dərin, minerallarla zəngin, xəstəliklərdən təmizlənmiş, yüngül toxumalı, drenajlı torpaq seçmək lazımdır. Həmçinin, eyni sahədə hər il bibər əkilməsi də arzuolunan deyil.

• Bu bitki əsasən isti iqlim şəraitində daha yaxşı yetişir. Ona görə də istixana şəraitinə daha yaxşı uyğunlaşır. Optimal inkişaf prosesi 16°~25°C arası dəyişir.  Tempratur  15°C-dən aşağı olduqda bitkinin boyatması azalır, 10°-dən az olduqda bitkinin inkişafı dayanır.  Tempratur 35°-dən çox olduqda isə bitki çiçəklərini tökür.

• Bitkinin əkini zamanı əvvəlcə fon gübrələri, daha sonra azot, kalium və mikro elementlərlə zəngin gübrələrdən istifadə edilir.

• Əkin əsasən toxumla aparılır (2-3 kq/ha toxum). Erkən mərhələlərdə kriptoqamik problemlərin qarşısını almaq üçün profilaktik müalicə və dezenfeksiya aparmaq çox vacibdir.

• Bitkilər arasındakı məsafə 40-50 sm, cərgələr arasındakı məsafələr isə 70-90 sm olmalıdır.

• Dibdoldurma suvarma prosesindən sonra aparılmalıdır. Bitkilərin  bu halda inkişaf edən kökləri artıq nəmlənmədən yaranan kök problemlərə səbəb olmur.

• Damlama üsulu suvarma zamanı daha çox tövsiyyə edilən üsuldur.

• Meyvə yetişməsini gücləndirmək üçün istixana və tunellərdə aylıq olaraq süni də olsa azot, fosfor, kalsium, maqnezium artırılması, daha çox işıq təmin etmək üçün istixanaların ağardılması aparılır. Suyun həcminin azaldılması stresi məhsul parametrlərinə təsir edir, lakin məhsul artımı artdıqda, normal üsul və prosedurlara qayıtmaq tələb olunur. Əks halda çiçək tökülməsi baş verir.